Sabah İrəvan qarışacaq
Sabahdan boykot güc yığacaq. Tələbələr və işçilər bizə qoşulur.
Metbuat.az Report-a istinadən xəbər verir ki, bunu Ermənistanın paytaxtı İrəvanın keçmiş meri Ayk Marutyan feysbukdakı hesabında yazıb.
“Hörmətli zəhmətkeş xalq və əziz tələbələr, sabah siz ilk dəfə daha bahalaşmış nəqliyyatdan istifadə edəcəksiniz. Əvvəla qeyd edək ki, hakimiyyət bir bilet üçün 300 dram istəyirdi, ortaq mübarizəmiz sayəsində bu gün 150 dram istəyir. Amma bu bazar deyil ki, əvvəlcə 300 dram deyib, sonra qiyməti 150-yə endirək ki, hamı razı qalsın.
Sabahdan etibarən boykot daha da güclənəcək. Tələbələr və işçilər bizə qoşulur. 100 dram verib, nəqliyyatdan istifadə edirik”, - o yazıb.
Fevralın 1-dən İrəvanda ictimai nəqliyyatda gediş haqqının artırılmasına qarşı aksiya keçirilir.
Oxşar xəbərlər
Ermənistan sülh istəyir
Son Xeberler
“Azərbaycanlılara Ermənistanda muxtariyyət verilmə...
Son Xeberler
"Neftçi" "Sabah"la Qolsuz Oyunda Bərabərlik Elədi
Bugun.az
"Sabah" Klubu FIBA Avropa Kubokunda Debüt Oyununu...
Bugun.az
Teymur Mustafayev sabah Cəlilabadda dəfn olunacaq
Şou Xəbər
Ramil Şeydayev daha 1 il “Sabah”da
İdman Xəbər