
"Sabah" səfərdə "Levski"yə məğlub oldu - Konfrans Liqası

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda səfərdə "Levski" (Bolqarıstan) ilə qarşılaşan "Sabah" məğlub olub.
Metbuat.az xəbər verir ki, Georgi Asparuxov adına stadionda keçirilən oyunda meydan sahibləri 1:0 hesablı qələbə qazanıb.
Yeganə qol qarşılaşmanın 90+8-ci dəqiqəsinə təsadüf edib. Borislav Rupanov adını tabloya yazdırıb.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun 14-də Əlincə stadionunda baş tutacaq. Cütün qalibi pley-off mərhələsində AZ (Alkmar, Niderland) - "Vaduts" (Lixtenşteyn) duelinin güclüsü ilə münasibətlərə aydınlıq gətirəcək.
Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.
Bütün məqalələrə baxınOxşar xəbərlər

"Sabah" mübarizəni dayandırdı - UEFA Konfrans Liqa...
Bugun.az

"Sabah" "İmişli"yə qalib gəldi
Bugun.az

“Beşiktaş” və “Başakşəhər” səfərdə qələbə qazandı...
Bugun.az

"Sabah" səfərdən qalib qayıda biləcək?
Bugun.az

“Turan Tovuz” səfərdə “Sabah”a məğlub olub
Bugun.az

Azərbaycan Basketbol Liqası: "Lənkəran" səfərdə "Q...
Azəri Xəbər


