Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Sabiq forvard geri qayıdır

02.04.2025 05:25 93 baxış sayı 1 dəq. oxuma Metbuat
Sabiq forvard geri qayıdır

"Bavariya"nın sabiq hücumçusu Mario Qomez Almaniya komandasına qayıda bilər.

Metbuat.az xəbər verir ki, Vinsent Kompaninin rəhbərliyi altında ilk mövsümdə bütün kubokları almaq istəyən "Bavariya" idarə heyətinə yeni ad əlavə edə bilər. “Bavariya” komandasının maraq göstərdiyi adlar arasında komandanın keçmiş hücumçularından Mario Qomez də var. “Sky Sports”da yer alan xəbərə görə, “Bavariya” idarəçilik baxımından yeni heyət qurur.

Qeyd edək ki, futbolçu karyerasını yekunlaşdırdıqdan sonra idarəçilik karyerasına başlayan Qomez “Red Bull”a məxsus komandalarda futbol direktoru vəzifəsində çalışır. Qomezin 2028-ci ilə qədər müqaviləsi var. Qomez 2009-2013-cü illərdə "Bavariya"da çıxış edib.

E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: