
Sabiq qərargah rəisi azadlığa buraxıldı

“N” saylı hərbi-hissənin sabiq qərargah rəisi Vüsal Əliyev azadlığa buraxılıb. O, ötən il külli miqdarda rüşvət ittihamı ilə 4 illik həbs cəzasına məhkum edilmişdi. Yerli məhkəmə bu barədə qəbul etdiyi qərarla Əliyevin cəzaçəkmə müəssisəsindən vaxtından əvvəl çıxmasına şərait yaratdı. Vüsal Əliyev hərbi qulluqçulardan külli miqdarda rüşvət almaqda təqsirli bilinirdi.
Məhkəmə qərarında məhkum kapitanın cəza müddətinin yarıdan çoxunu çəkməsi nəzərə alındı. Həmçinin, cəzaçəkmə müəssisəsinin müsbət rəyi də azadlığa buraxılma qərarının verilməsinə təsir etdi. Yeni qərara əsasən, Vüsal Əliyevin qalan 1 il 6 aylıq cəzası şərti hesab olunur.
Qeyd edək ki, Əliyevə ilkin olaraq verilən cəza sanksiyada nəzərdə tutulan həddən aşağı idi, çünki yumşaldıcı hallar nəzərə alınmışdı.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Ramiz Mehdiyevin kürəkəni və onun qudası azadlığa...
Son Xeberler

Həbsdə olan şəhid valideynləri azadlığa buraxıldı...
Son Xeberler

Şəmsi Səmədzadə azadlığa buraxıldı
Bugun.az

Türkiyədə həbs edilən NTV əməkdaşları azadlığa bur...
Son Xeberler

Nəcməddin Sadıqovun bacısı oğlunu… –
Son Xeberler

MN-nin sabiq vəzifəlilərinə hökm oxundu
Bugun.az