Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Sabit telefonların aylıq abunə haqqı açıqlandı

06.08.2025 16:25 15 baxış sayı 1 dəq. oxuma Metbuat
Sabit telefonların aylıq abunə haqqı açıqlandı

Sabit telefonlardan istifadəyə dair aylıq abunə haqqı müəyyənləşib.

Metbuat.az xəbər verir ki, bu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qəbul etdiyi telekommunikasiya sahəsində bir sıra tariflərin tənzimlənməsi haqqında qərarda öz əksini tapıb.

Azərbaycanda ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulan sabit telefonlardan (məftilli və simsiz) istifadəyə dair aylıq abunə haqqı ilə bağlı tarif ƏDV daxil olmaqla əhali üçün 3,5 manat, qeyri-əhali üçün 7 manat təsdiq edilib.

Sənədə əsasən, ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulan hər bir faks aparatından ölkə daxilində istifadəyə görə aylıq abunə haqqı ilə bağlı tarif ƏDV daxil olmaqla 0,50 manat təsdiq edilib.

Texnologiya redaktoru

Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....

Bütün məqalələrə baxın
Paylaş: