🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Sahil Babayevin yerinə gətirilən nazir kimdir?

07.02.2025 12:25 8 baxış sayı 2 dəq. oxuma
Sahil Babayevin yerinə gətirilən nazir kimdir?

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Anar Rəhim oğlu Əliyev 7 fevral 2025-ci il tarixindən etibarən əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilib.

Metbuat.az-ın məlumatına görə, A. Əliyev 1980-ci ildə Bakı şəhərində anadan olub. O, 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsinin bakalavr dərəcəsini alıb, 2002-ci ildə həmin ixtisas üzrə magistratura təhsilini başa vurub, 2006-cı ildə isə hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib.

Peşə fəaliyyətinə 2000-ci ildə 1 saylı yerli iqtisad məhkəməsində məhkəmə iclas katibi kimi başlayan Anar Əliyev 2006–2008-ci illərdə İqtisadiyyat Nazirliyində Hüquq şöbəsinin baş məsləhətçisi, 2008–2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifəsində çalışıb. O, 2016-cı il 3 fevral tarixli fərmanla Azərbaycan Respublikası Prezidenti yanında Apelyasiya Şurasının üzvü təyin edilib və 2018-ci ilə qədər bu vəzifədə fəaliyyət göstərib.

2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazir müşaviri – Nazirlik Aparatının rəhbəri kimi fəaliyyətə başlayan A. Əliyev 4 fevral 2024-cü ildən 7 fevral 2025-ci ilədək əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsini icra edib.

Ailəlidir, iki övladı var.

Paylaş: