
Sahil qəsəbəsində uçqun baş verdi

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində yarımtikilidə uçqun baş verməsi barədə məlumat daxil olub.
Metbuat.az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə birmərtəbəli istifadə olunmayan köhnə yarımtikilidə dağıntı altında qalmış vətəndaş - 1989-cu il təvəllüdlü Babayev Bəhruz Əbülfət oğlunun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Naxçıvanda daş hasar uçub, bir nəfər ölüb - YENİLƏ...
Azəri Xəbər

Türkiyədə uçqun baş verdi, ölənlər var
Bugun.az

Bakı Kənar Dairəvi Yolunda Uçqun Təhlükəsi Aradan...
Bugun.az

Masazırda evdə uçqun oldu, ölən və xəsarət alanlar...
Bugun.az

Naxçıvanda hasar uçub, bir nəfər uçqunun altında q...
Azəri Xəbər

Türkiyədə inşaat zamanı uçqun olub, ölən və xəsarə...
Azəri Xəbər


