
Şaiq İsmayılov vəzifəsindən azad edildi

Dövlətə məxsus "Azərizolit" MMC-nin direktoru Şaiq İsmayılov vəzifəsindən azad edilib.
Metbuat.az Report-a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Yeganə Nuruyevaya həvalə olunub.
O, bundan əvvəl də - 2024-cü ilin fevral ayına qədər "Azərizolit"ə rəhbərlik edib.
Nizamnamə kapitalı 10 milyon manata yaxın olan "Azərizolit" 2023-cü ilin avqust ayına qədər "ASK İzolit" adı ilə fəaliyyət göstərib. “ASK İzolit” 2018-ci ildə Mingəçevir şəhərində yerləşən “Azərelektroizolit” zavodunun bazasında yaradılıb. Müəssisə elektroizolyasiya materialları istehsal edir.
Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Ramin İsmayılov vəzifəsindən azad olundu
Bugun.az

Polis mayoru Emin Axundov vəzifəsindən azad edildi
Bugun.az

“BakuBus”un rəhbəri vəzifəsindən azad edildi
Son Xeberler

SON DƏQİQƏ: Nazir Ramin Quluzadə vəzifəsindən azad...
Son Xeberler

Ceyhun Kərəmov vəzifəsindən azad edildi
Bugun.az

Azərbaycanda nazir vəzifəsindən azad edildi
SON Xəbər