
Sarkozini həbsxanada iki polis qoruyacaq

Fransanın sabiq prezidenti Nikola Sarkozi “Liviya işi” çərçivəsində məhkum edildikdən sonra həbsdə xüsusi mühafizə ilə təmin olunub. Ölkənin daxili işlər naziri Loran Nunez bu tədbirləri təsdiqləyib. Nazir qeyd etdi ki, keçmiş dövlət başçısının təhlükəsizliyi üçün cəzaçəkmə müəssisəsində iki polis daimi xidmət göstərəcək.
Nunez izah edib ki, sabiq prezidentlər hər zaman qorunur. Lakin Sarkoziyə qarşı mövcud olan təhdidlər səbəbindən əlavə tədbirlər görülməli olub. Sabiq dövlət başçısının təhlükəsizliyini təmin etmək üçün bu qərar qəbul edilib.
Xatırladaq ki, Paris Məhkəməsi Sarkozini 25 sentyabrda “cinayətkar dəstə yaratmaq” ittihamı ilə 5 il həbs cəzasına məhkum etmişdi. O, 2007-ci il seçki kampaniyası üçün mərhum Liviya lideri Muammar Qəddafidən qanunsuz maliyyə dəstəyi almaqda ittiham olunurdu. Sarkozi digər ittihamlardan bəraət alsa da, cinayətkar dəstə qurmaqda günahkar bilindi. O, apellyasiya şikayəti versə də, hökmün icrası dərhal qüvvəyə mindi. Keçmiş prezident oktyabrın 21-də həbsxanaya yerləşdirilib.
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər
Nikola Sarkozini hədələyən dustaqlarla bağlı təhqi...
Azəri Xəbər

Yaponiyada yaşlılar buna görə həbsxanaya düşürlər
Bugun.az

Qadınlar həbsxanada qalmasın -
Son Xeberler

Fransanın Keçmiş Prezidenti Nikola Sarkozi Həbsə G...
Son Xeberler

Azərbaycanda həbsxanada yanğın
Son Xeberler

Azərbaycanda 2 polis koronavirusdan vəfat etdi -
Son Xeberler


