
Şəhid qardaşı şəhid bacısı ilə evləndi - FOTO

Vətən müharibəsi şəhidi Daşqın Şəfiyevin qardaşı Orxan Şəfiyevin toy mərasimidir.
Metbuat.az unikal.az-a istinadən xəbər verir ki, şəhid qardaşı Vətən müharibəsində şəhid olan Ayxan Musayevin bacısı ilə ailə həyatı qurub.
Toydan əvvəl hər iki şəhidin məzarı ziyarət olunub.
Qeyd edək ki, Daşqın Şəfiyev 2020-ci noyabrın 5-də Laçın döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Ayxan Musayev 8 noyabr 2020-ci il tarixində Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralanaraq hospitala yerləşdirilib və 20 günə yaxın ağır koma vəziyyətində qalıb. Həkimlərin səylərinə baxmayaraq 28 noyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Oxşar xəbərlər

Doğum günündə şəhid olan Hikmətin qardaşı dünyaya...
Bugun.az

Şəhidin ata-anası faciəvi şəkildə öldü - FOTO
Bugun.az

Şəhid Anası və Bacısı Dəm Qazından Zəhərləndi
Bugun.az

İki itkin-şəhid dəfn ediləcək - FOTO
Bugun.az

Baş leytenant Mahmudov Rəşad Rəşid oğlu ilə vida m...
Son Xeberler

ŞƏHİD hesab olunan əsgərimiz SAĞ ÇIXDI -
Son Xeberler