Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Sənədləri olmayan torpaqları satdıqlarına görə saxlanıldılar

07.05.2025 11:25 63 baxış sayı 1 dəq. oxuma Metbuat
Sənədləri olmayan torpaqları satdıqlarına görə saxlanıldılar

Binə qəsəbəsində sənədləri olmayan torpaqları vətəndaşlara sataraq dələduzluq edənlər saxlanılıblar.

Metbuat.az xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları Binə qəsəbəsində müvafiq sənədləri olmayan torpaq sahələrinin satışını həyata keçirən, eləcə də tikintiyə razılıq alacaqları vədi ilə insanların etibarından sui-istifadə edərək dələduzluq əməlləri törədən 46 yaşlı Zaman Babayev və 48 yaşlı Bərxudar Səmədov saxlanılıblar.

Bu şəxslər qabaqcadan əlbir olaraq sənədləri olmayan torpaqları müxtəlif şəxslərə sataraq ümumulikdə zərərçəkənlərə 154 800 manat məbləğində maddi ziyan vurublar.

Faktla bağlı cinayət işi başlanılıb, Z.Babayev və B.Səmədov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Onların qanununsuz əməllərindən zərər çəkmiş digər şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər.

Texnologiya redaktoru

Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....

Bütün məqalələrə baxın
Paylaş: