Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Şərurlu İsfəndiyarın ölkədən çıxışına qadağa qoyulması istənildi

08.05.2025 11:25 69 baxış sayı 2 dəq. oxuma Metbuat
Şərurlu İsfəndiyarın ölkədən çıxışına qadağa qoyulması istənildi

"Şərur MTK"nın sahibi İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı xüsusi ittiham qaydasında şikayət ərizəsi üzrə məhkəmə prosesi keçirilib.

Metbuat.az Teleqraf-a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrlik etdiyi prosesdə xüsusi ittiham qaydasında şikayət verən tərəfin müdafiəçisi Asim Abbasov vəsatətlə çıxış edib.

Vəkil bildirib ki, məhkəməyə məcburi gətirilməsi və gələcəkdə məsuliyyətdən yayınmaq üçün ölkədən çıxma ehtimalını nəzərə alınaraq İsfəndiyar Axundovun ölkədən çıxışına qadağa qoyulsun.

Asim Abbasov İsfəndiyar Axundovun məcburi gətirilməsini onunla əsaslandırıb ki, o, üzrlü səbəb olmadan proseslərdə iştirakdan yayınır.

Məhkəmə vəsatəti baxılmamış saxlayıb. İsfəndiyar Axundov son prosesdə də iştirak etmədiyi məlum olub.

Növbəti proses mayın 13-nə təyin edilib.

Xatırladaq ki, İsfəndiyar Axundovu “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov məhkəməyə verib. Buna əsas kimi Axundovun onu yekun məhkəmə qərarı olmadan dələduz adlandırmasını göstərib.

Buna görə də İ. Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittihamçı İsfəndiyar Axundovun qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir.

A
Kibertəhlükəsizlik analitiki

Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.

Bütün məqalələrə baxın
Paylaş: