
Səs yazısı yayılan bağçanın fəaliyyəti dayandırıldı

Ucarda körpələr evi-uşaq bağçasının fəaliyyəti məhdudlaşdırılıb.
Metbuat.az "Xəzər Xəbər"ə istinadən bildirir ki, buna səbəb bu təhsil müəssisəsinin müdiri Emin Orucovun aşkar şəkildə orada tərbiyəçi-müəllim işləyən Şəbnəm İsayevanı saxtakarlığa təhrik etməsi ilə bağlı səs yazısının yayılmasıdır.
Məsələyə müvafiq orqanlar tərəfindən dərhal reaksiya verilib. Fəaliyyətində yol verdiyi nöqsanlara görə sözügedən bağçanın müdiri, həmçinin rayonun Yuxarı Şilyan kənd tam orta məktəbinin direktoru Emin Orucov tutduğu vəzifədən azad edilib.
Məsələnin ən narahatedici tərəfi isə Yuxarı Şilyan kəndində yeganə olan körpələr evi-uşaq bağçasının fəaliyyətinin tam məhdudlaşdırılmasıdır. Bu isə övladları bağçaya gedən valideynlər üçün problemə çevrilib.
Valideynlər qədər burada çalışan işçilər də bağçanın fəaliyyətinin birdən-birə dayandrırılmasını düzgün hesab etmirlər.
Daha ətraflı videomaterialda:
Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....
Bütün məqalələrə baxınOxşar xəbərlər

İranın ən böyük bankı müflis oldu
Bugun.az

Sankt-Peterburqda aeroportun fəaliyyəti dayandırıl...
Bugun.az

İl ərzində “102” xidmətinə 200-dən çox şikayət edə...
Son Xeberler

Bağçalara qəbulda növbələrin yaradılması müvəqqəti...
Bugun.az

Lösemiyadan Əziyyət Çəkən 19 Yaşlı Yasemin Nenni V...
Son Xeberler

Son Xəbər: Netanyahunu Qəzəbləndirən İddia və Baş...
Son Xeberler


