
Səyyahlar dağda xəzinə tapdılar

Çexiyadakı Krkonose dağlarında gəzintiyə çıxan iki səyyah xəzinə tapıblar.
Metbuat.az xəbər verir ki, onlar qayaların arasında qızıl bilərziklər, yüzlərlə sikkələr və digər qədim artefaktların olduğu qutu tapıblar. Səyahətçilər tapdıqları qutunu Şərqi Bohemiya Muzeyinə təhvil veriblər. Mütəxəssislər əşyaların tarixini araşdırır. Muzeydən bildirilib ki, qutudakı pulların heç biri Çexiyaya aid deyil. Bu, xəzinənin yerli deyil, beynəlxalq tarixə malik olduğunu nümayiş etdirir. Ən yeni sikkənin 1921-ci ilə aid olması tədqiqatçıları təəccübləndirib.
Kolleksiya ikinci dünya müharibəsindən əvvəl bölgədən qaçan yəhudi və ya çex vətəndaşlarına aid ola biləcəyi hesab edilir. Digər ehtimal isə xəzinənin 1945-ci ildə alman mühacirəti zamanı gizlədildiyi irəli sürülür.
Oxşar xəbərlər

Xəzinə axtararkən meşə yandırdılar
Bugun.az

Maliyyə Nazirliyi növbəti dəfə depozit hərracı keç...
Bugun.az

Türk nazir Yeni il mesajında Qarabağdan danışdı
Son Xeberler

Zaqatalada ayı qazini parçalayıb öldürdü
Bugun.az

Hərbçilərimiz dağılmış evdə gizlənmiş erməni hərbç...
Son Xeberler

Diablo 4-ün 8-ci Mövsümündə Yenilənmiş Mükafat Sis...
Texnologiya xəbərləri