Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Si Cinpin və Putinlə üclü görüş keçirilə bilər - Tramp

13.02.2025 23:25 121 baxış sayı 1 dəq. oxuma Metbuat
Si Cinpin və Putinlə üclü görüş keçirilə bilər - Tramp

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putin və Çin sədri Si Cinpinlə üçtərəfli sammit üçün görüşməyə hazır olduğunu bildirib.

Metbuat.az xəbər verir ki, Tramp Oval Ofisdə keçirilən imza mərasimində gündəmə dair açıqlamaları zamanı belə deyib. Tramp qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün güclü addım atıb və həm Rusiya Prezidenti Vladimir Putin, həm də Ukrayna Prezidenti Vladimir Zelenski ilə məhsuldar görüşlər keçirib.

Putin və Si Cinpinlə üçtərəfli zirvə görüşünün nəzərdən keçirib-keçirilmədiyi barədə suala Tramp, "Hər şey bir az sakitləşəndə ola bilər. Hər şeyi yoluna qoyandan sonra ilk görüşlərimdən birini Çin sədri Si Cinpin və Rusiya Prezidenti Putinlə keçirmək istəyirəm. Mən onlara demək istəyirəm ki, "hərbi büdcəmizi yarıya qədər azaldaq" və biz bunu edə bilərik" - deyə cavab verib.

T
Baş texnologiya şərhçisi

Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...

Bütün məqalələrə baxın
Paylaş: