Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Şirlərin yaşadığı parkda itkin düşən uşaq sağ tapıldı

05.01.2025 00:25 123 baxış sayı 1 dəq. oxuma Metbuat
Şirlərin yaşadığı parkda itkin düşən uşaq sağ tapıldı

Zimbabvedə qəribə olay yaşanıb. 40 aslanın yaşadığı "Matusadona" Milli Parkında itən uşaq 5 gün sonra sağ-salamat tapılıb.

Metbuat.az BAKU.WS-ə istinadla xəbər verir ki, park əməkdaşlarının sözlərinə görə Tinotenda Pudu adlı azyaşlı evindən 23 kilometr uzaqlıqda yerləşən parka daxil olub və bir daha oradan çıxmayıb.

O, 40 aslanın yaşadığı parkda hər gün müxtəlif bitkilər yeyərək sağ qala bilib. 5 gün keçdikdən sonra mühafizəçilər onun sağ qaldığını görüb və ailəsinə təhvil verib.

Onlar 8 yaşlı Tinotenda Pudunu ayaq izlərindən tapıblar.

E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: