
SOCAR yeni neft emalı zavodu almaq istəyir

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rusiyanın "LUKOYL" şirkətinin Bolqarıstandakı neft emalı zavodunda maraqlı olduğunu bildirib.
Metbuat.az xəbər verir ki, bu barədə Trend-ə məlumatlı mənbə bildirib.
Qeyd edək ki, Bolqarıstan mənbələrinin məlumatına görə, SOCAR Türkiyənin “Cengiz” holdinqi ilə birlikdə Burqasdakı “LUKOIL” neft emalı zavodunu almaq üçün konsorsium yaradıb.
Aktiv üçün digər iddiaçılar arasında beynəlxalq treyder "Vitol", Macarıstanın "MOL Group", Qazaxıstanın milli neft şirkəti "KazMunayGas" və Türkiyənin "OYAK" pensiya fondu var.
SOCAR və "LUKOYL" bu məlumatı şərh etməyiblər.
“SOCAR Bolqarıstanın müvafiq dövlət qurumları və şirkətləri ilə müxtəlif sahələrdə - qaz təchizatı, qazın bölüşdürülməsi, neft məhsulları bazarında mövqeyinin genişləndirilməsi üzrə Bolqarıstanda uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlıq strategiyası həyata keçirir. Təbii ki, bu baxımdan "LUKOYL"in Bolqarıstandakı aktivləri də şirkət üçün maraqlıdır. SOCAR bu məsələni araşdırıb, müvafiq məsləhətləşmələr və danışıqlar aparıb", - deyə agentliyin həmsöhbəti bildirib.
Oxşar xəbərlər

SOCAR-ın Türkiyədəki zavodunun yeni binası açılıb...
Son Xeberler

SOCAR-da kadr dəyişikliyi olub -
Son Xeberler

İspaniyada neft emalı zavoduna ildırım düşdü -
Son Xeberler

Mikayıl Cabbarov: "SOCAR yeni inkişaf dövrünə qədə...
Son Xeberler

SOCAR-da kadr dəyişikliyi olub
Son Xeberler

Azərbaycanda bu MMC-yə yeni direktor
Son Xeberler