Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

SON DƏQİQƏ! TƏBİB bugünə statistikanı açıqladı

17.05.2020 18:06 1,106 baxış sayı 2 dəq. oxuma
SON DƏQİQƏ! TƏBİB bugünə statistikanı açıqladı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 17-nə olan statistik göstəriciləri açıqlayıb.


Məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 6 072 test edildiyi bildirilib.


Qeyd olunub ki, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 232 077 test aparılıb.


Qeyd edək ki, bu gün Azərbaycanda 136 nəfər koronavirus infeksiyasına yoluxub, 71 nəfər sağalıb, 3 nəfər isə vəfat edib.


Ümumilikdə ölkəmizdə koronavirusa yoluxanların sayı 3 274 nəfərə, sağalanların sayı 2 015 nəfərə, ölənlərin sayı isə 39 nəfərə çatıb.


Hazırda 1 220 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 43 nəfərin vəziyyəti ağır, 58 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.

G
Sosial məsələlər müxbiri

Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.

Bütün məqalələrə baxın
Paylaş: