
“Sputnik Azərbaycan” və BBC bağlanır?

"Azərbaycan mövcud uyğunsuzluğun aradan qaldırılması üçün xarici KİV-in ölkəmizdəki nümayəndəlik və filiallarının faktiki fəaliyyətinə müəyyən düzəlişlər etmək qərarına gəlib".
Metbuat.az xəbər verir ki, bu barədə Caliber.Az-ın redaksiyasına etibarlı mənbələrdən daxil olan eksklüziv məlumatda bildirilib.
Məlumata görə, bu düzəlişlər əsasən "Rossiya seqodnya" beynəlxalq informasiya agentliyinin ölkədə filialı kimi fəaliyyət göstərən "Sputnik-Azərbaycan" nəşrini, eləcə də "BBC"ni ("BBC News Azərbaycanca") təsir altına alacaq.
"Belə ki, Azərbaycan və Rusiyanın dövlət xəbər agentliklərinin Rusiya və Azərbaycanda təmsilçiliyində mövcud uyğunsuzluğun aradan qaldırılması üçün müvafiq olaraq, AZƏRTAC-ın Rusiyada nə qədər müxbiri işləyirsə, eyni sayda da "Rossiya seqodnya"nın ölkəmizdə müxbiri fəaliyyət göstərəcək. Hazırda söhbət bir tam ştatlı vəzifədən gedir", - deyə yazıda bildirilib.
Qeyd edək ki, "Rossiya seqodnya"nın Bakı bölməsinin işinə 40-a yaxın adam cəlb olunub. Filialın özünün isə ləğv edilməsi gözlənilir - "Rossiya seqodnya" Azərbaycanda işini bir müxbirlə davam etdirəcək və onun fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyası və Azərbaycan Respublikası hökumətləri arasında KİV müxbirlərinin statusu haqqında 9 yanvar 2001-ci il tarixli sazişə uyğun olaraq tənzimlənəcək.
Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...
Bütün məqalələrə baxınOxşar xəbərlər

"Xəzər"də daha bir veriliş bağlanır
Şou Xəbər

"Vasmoy" bazarı bağlanır -
Son Xeberler

"Sputnik Azərbaycan"ın beş əməkdaşı sərbəst buraxı...
Bugun.az

“Sputnik Azərbaycan” işinə görə cinayət işi başlan...
Bugun.az

Məhkəmə "Sputnik Azərbaycan" işi üzrə saxlanılan ş...
Bugun.az
Azərbaycandakı rusdilli məktəblər bağlanır
Bugun.az