Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Sumqayıtda 32 yaşlı qadın öldü, ər saxlanıldı

29.01.2025 07:25 129 baxış sayı 1 dəq. oxuma Metbuat
Sumqayıtda 32 yaşlı qadın öldü, ər saxlanıldı

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Sumqayıt şəhər prokurorluğundan Metbuat.az-a verilən məlumata görə, yanvarın 29-u saat 4 radələrində Sumqayıt şəhəri ərazisində 1993-cü il təvəllüdlü Səbinə Babışovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1989-cu il təvəllüdlü Ağabala Babışovun yaşadıqları evdə bıçaqla xəsarətlər yetirərək arvadı Səbinə Babışovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ağabala Babışov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

A
Gənclik və trendiər müxbiri

Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.

Bütün məqalələrə baxın
Paylaş: