“Süni intellekt haqqında” qanun qəbul olunmalıdır - Tahir Mirkişili
“Süni intellekt haqqında” ayrıca qanunun qəbuluna ehtiyac var.
Metbuat.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin yaz sessiyasının ilk iclasında deputat Tahir Mirkişili deyib.
Deputat bildirib ki, Azərbaycanda qanunvericilik layihələri süni intellektin başa düşə biləcəyi formatda buraxılsın: “Bu gün süni intellekt istəsə belə, bizim yazdığımız formada qanunları oxuya bilmir. Çünki bu qanunlar daha çox vətəndaşlar üçün yazılıb. Bütövlükdə hüquq sahəsində, texniki, iqtisadi sahədə süni intellektin getdikcə daha çox yayılması qanunvericilik aktlarında formatının dəyişdirilməsinə, faktiki olaraq iki formada - vətəndaşın və maşının başa düşməsi formasında qanunun yazılmasını tələb edir. Milli Məclisin bu istiqamətdə müəyyən resursu, təcrübəsi də var. Milli Məclisin texniki imkanını da nəzərə alaraq təklif edirəm ki, həm Milli Məclisin daxilində resursların artırılması ilə, həm də Nazirlər Kabineti və hökumətdə resurslar hesabına bütün qanunvericilik aktlarının, o cümlədən bundan sonra qəbul ediləcək qanunların 2 formatda buraxılması, yəni təbii intellektin və süni intellektin başa düşə biləcəyi formatda buraxılması ilə bağlı səy göstərilsin”.
Oxşar xəbərlər
Dərin saxtaların saxlanması və izlənilməsi indi ci...
Son Xeberler
Apple Özəl Süni İntellekt Çipinə Yönəlir
Texnologiya xəbərləri
Google-dan Yeni Süper Yaşıl: Gemini 2.0 Gördü Günə...
Texnologiya xəbərləri
XAI süni intellekt sahəsində gücünü ikiqat artırır
Texnologiya xəbərləri
Samsung Galaxy S25 ilə Gemini Advanced hədiyyəsi!
Texnologiya xəbərləri
Nvidia, Süni İntellekt Devi Run.ai-ni Aldı
Texnologiya xəbərləri