
Suriyada parlament seçkilərinin nəticələri açıqlandı

Suriyada keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.
Metbuat.az "Al Jazeera"yə istinadən xəbər verir ki, nəticələri Parlament Seçkiləri üzrə Ali Komitənin nümayəndəsi Nəvvər Nəcmə bəyan edib.
İlkin nəticələrə görə, parlamentdə 119 nəfər yer qazanıb, lakin onların topladığı səslərin dəqiq sayı hələlik müəyyənləşdirilməyib. “Reuters”in seçki müşahidəçilərinə istinadən verdiyi məlumata görə, yeni seçilən deputatlardan 6-sı qadındır. Bildirilir ki, ümumilikdə 10 mandat dini və etnik azlıqlara — kürdlərə, xristianlara və ələvilərə ayrılıb.
Xatırladaq ki, bu seçkilər Suriyada sabiq prezident Bəşər Əsədin devrilməsindən və Əhməd əl-Şaraanın hakimiyyətə gəlməsindən sonra keçirilən ilk parlament seçkiləridir.
Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Ermənistanda parlament seçkilərinin vaxtı bilindi
Bugun.az

Gürcüstan Seçkilərinin Son Nəticələri Açıqlandı
Bugun.az

Kanadada parlament seçkilərinin qalibi açıqlandı
Bugun.az
Argentinada parlament seçkilərində hakim “İrəliləy...
Azəri Xəbər

Gürcüstan Seçkilərində İlkin Nəticələr Açıqlandı
Bugun.az

İlkin nəticə: ABŞ seçkilərinin qalibi odur
Xəbər Anı


