Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

​Suriyada yeni tarix yazılır - Silahlıların lideri

08.12.2024 19:25 132 baxış sayı 1 dəq. oxuma Metbuat

Suriyada hakimiyyəti ələ keçirən “Həyat Təhrir əş-Şam” qruplaşmasının lideri Əbu Məhəmməd əl-Colani Dəməşqdə böyük izdiham qarşısında çıxış edib.

Metbuat.az bu barədə "Reuters"ə istinadən xəbər verir.

"Dünyada nə qədər insan didərgin düşüb? Nə qədər insan çadırlarda yaşayırdı? Nə qədər insan dənizlərdə boğulub?", - o, çıxışı zamanı bildirib.

Əl-Colani orta əsrlərə aid Əməvilər məscidində çıxışı zamanı qeyd edib ki, bütün region üçün yeni tarix yazılır.

Üsyançıların komandiri Dəməşqin mərkəzindəki böyük izdiham qarşısında danışıb.

“Qardaşlarım, bu böyük qələbədən sonra bütün regionda yeni bir tarix yazılır. İslam xalqı üçün bir mayak olacaq yeni Suriya qurmaq üçün çox çalışmaq lazımdır", - o bildirib.

T
Baş texnologiya şərhçisi

Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...

Bütün məqalələrə baxın
Paylaş: