
Suriyalılar Dəməşqə axın edir - VİDEO

Bəşər Əsədin devrilməsindən sonra Suriyanın müxtəlif bölgələrində yaşayan insanlar Dəməşqə axın etməyə başlayıb.
Metbuat.az TRT-yə istinadən xəbər verir ki, regionlardan paytaxt Dəməşqə gedən yollarda sıxlıq yaranıb.
Suriyalılar Dəməşq daxil olmaqla bir çox şəhərlərdə Əsəd hakimiyyətinin devrilməsini qeyd ediblər.
8 dekabr tarixi Suriyada "Milli Bayram" elan edilib.
Xatırladaq ki, noyabrın sonunda Suriyada hökumət əleyhinə qüvvələrin hücumu başlayıb. Dekabrın 8-nə keçən gecə onlar paytaxt Dəməşqə daxil olublar. Bəşər Əsəd prezident postunu tərk edib və Suriyadan qaçıb. Suriyanın baş naziri Məhəmməd Qazi Əl-Cəlali müxalifətlə əməkdaşlığa və hakimiyyəti sülh yolu ilə ötürməyə hazır olduğunu bəyan edib. Əsəd və ailəsi Rusiyaya sığınıb.
Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Almaniya və Fransa XİN rəhbərləri Dəməşqə getdi
Bugun.az

Suriyalılar Vətənə Dönür
Son Xeberler

Hümsda hərbi hava limanı ələ keçirildi - FOTO
Bugun.az

Prezident Ərdoğanın xəbərdarlığından sonra SDG Dəm...
Son Xeberler

Disney+ Abunəçilərini İtirdi: Netflix və Amazonla...
Texnologiya xəbərləri

Əsəd Rejimi Bitdikdən Sonra Suriyalıların Türkiyəd...
Son Xeberler


