
"Survivor"un iştirakçısından qalmaqallı etiraf

Türkiyənin ən məşhur realiti şousu olan "Survivor" ətrafında müzakirələr səngimir. Layihə rəhbəri Acun İlıcalının "Survivor-2026" iştirakçılarını ard-arda açıqlaması yarışmaya marağı daha da artırıb. Bu yaxınlarda "Survivor-2020" mövsümünün qalibi Cemal Can Canseven yarışmanın iştirakçılarının adada təbii ehtiyaclarını necə ödədikləri barədə diqqətçəkən məlumatlar verib. Canseven iştirakçılar üçün xüsusi tualet olmadığını bildirib.
O qeyd edib ki, adada mübarizə aparanlar sakit bir künc tapdıqda, ehtiyaclarını məhz orada həyata keçirirlər. Bu vəziyyət, yəni, xüsusi sanitar şəraitin olmaması, həm kişilər, həm də qadın iştirakçılar üçün keçərlidir. Cansevenin sözlərinə görə, hətta qadınlar üçün də ayrılmış tualet yoxdur. Yarışmada iştirak edən qadınlar adətən ehtiyaclarını meşədə ödəyirlər. O əlavə edib ki, onlar səhralıqdan və heç kimin olmadığı gizli künc-bucaqdan tualet kimi istifadə edirlər. Bu açıqlama Türkiyə sosial şəbəkə seqmentində böyük müzakirələrə səbəb oldu. Sosial şəbəkə istifadəçiləri tanınmış şəxslərin belə antisanitariya şəraitində yarışmasını qətiyyən bəyənməyiblər və bunu qeyri-etik hesab ediblər.
Mode, dizayn və yaradıcı sənayenin inkişafı haqqında yazıram. Fashion həftələri və yerli dizaynerlərin işlərini izləyirəm.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Məşhur müğənni “Survivor-2026”da - FOTO
Bugun.az

Qalmaqallı hərbi vəziyyətə görə 4 komandir vəzifəd...
Bugun.az

Acun Ilıcalı xoş xassəli şiş əməliyyatı keçirdiyin...
Bugun.az

“Qaz ilə göyərçinin əhvalatı” adlı qalmaqallı kit...
Son Xeberler

BNA-nın qalmaqallı şöbə müdiri işdən çıxarıldı -
Son Xeberler

Paşinyan məğlubiyyətini etiraf etdi -
Son Xeberler


