🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Tbilisidə yeni beynəlxalq aeroportun inşası təxirə salındı

27.06.2025 11:25 5 baxış sayı 1 dəq. oxuma
Tbilisidə yeni beynəlxalq aeroportun inşası təxirə salındı

Tbilisidə yeni beynəlxalq hava limanının inşası müddəti təxirə salınıb. Aeroport ilk sərnişinləri 2031-ci ildə qəbul edə biləcək.

Metbuat.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin parlamentdə illik hesabatla çıxışından məlum olub.

Onun sözlərinə görə, tikintiyə hazırlıq işlərinə artıq başlanılıb.

“Tərəfdaşın seçilməsi proseduruna başlayacağıq və gələn il tərəfdaş şirkət müəyyən olunacaq. 2031-ci ildə hava limanını Vazianiyə köçürə biləcəyik”, - İ.Kobaxidze deyib.

Qeyd edək ki, Tbilisi yaxınlığındakı Vaziani qəsəbəsində keçmiş hərbi aerodromun yerində yeni aeroportun inşası ideyası 2023-cü ildə səsləndirilib. Hava limanının tikintisinə 2024-cü ildə başlanılacağı, 2028-ci ildə isə istifadəyə veriləcəyi gözlənilirdi.

İlkin qiymətləndirmələrə əsasən, layihəyə sərmayələr təqribən 1,3 milyard ABŞ dolları təşkil edə bilər.

Paylaş: