🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
8 abunə

Tesla “Cybertruck” avtomobillərini geri çağırdı

14.11.2024 21:25 11 baxış sayı 1 dəq. oxuma
Tesla “Cybertruck” avtomobillərini geri çağırdı

ABŞ-ın avtomobil istehsalçısı Tesla şirkətinin 2431 “Cybertruck” avtomobilini geri çağırdığı bildirilib.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsindən açıqlama verilib. Açıqlamada sözügedən qərarın 6 noyabr 2023-cü il və 30 iyul 2024-cü il tarixləri arasında istehsal edilən bəzi “Cybertruck” avtomobillərini əhatə etdiyi ifadə edilib. Açıqlamada 2431 avtomobilin invertordakı nasazlıq səbəbindən geri çağırıldığı qeyd edilib. Qeyd edək ki, Tesla artıq 6-cə dəfədir ki, “Cybertruck” avtomobillərini geri çağırır.

Bundan əvvəl Tesla arxa görüntü kamerasındakı problemə görə ABŞ-da 27 mindən çox “Cybertruck” avtomobilini geri çağıracağını açıqlamışdı.

Paylaş: