
Tofiq Musayev ekvadorlu həmkarı ilə COP29-un öhdəliklərini müzakirə etdi

Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin başçısı Tofiq Musayev ekvadorlu həmkarı Andres Montalvo ilə COP29-un öhdəliklərini müzakirə edib.
Metbuat.az xəbər verir ki, bu barədə Ekvadorun dünya təşkilatındakı diplomatik missiyasının sosial şəbəkə bildirilib.
“Azərbaycanın daimi nümayəndəsi Tofiq Musayevlə Ekvadorun daimi nümayəndəsi səfir Andres Montalvo arasında məhsuldar söhbət olub, bu söhbət zamanı BMT-nin gündəliyində duran məsələlər və xüsusilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29 – red.) öhdəlikləri müzakirə edilib”, – paylaşımda qeyd olunub.
Xatırladaq ki, ötən ilin dekabrında Musayev Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın BMT yanında daimi nümayəndəsi təyin edilmişdi.
Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Ekologiya Naziri Muxtar Babayev Fransalı Həmkarı i...
Bugun.az

Tofiq Musayev qırğızıstanlı rəqibinə məğlub oldu -...
Bugun.az

Deputatlar Milli Məclisdə Tofiq Yaqubludan danışdı...
Son Xeberler

COP29-da Pulsuz Xidmət Kimlərə Məxsusdur?
Bugun.az

Azərbaycanın əməkdar artisti vəfat etdi
Son Xeberler

Rəşad Nəbiyev Türkiyəli Həmkarı ilə Nəqliyyat Sahə...
Son Xeberler


