
Tovuzda 71 nəfərin zəhərləndiyi məktəbdə yaranmış problem aradan qaldırıldı

Tovuzda 71 nəfərin zəhərləndiyi məktəbdə yaranmış problem aradan qaldırılıb.
Metbuat.az-ın Report-a istinadən məlumatına görə, Tovuz rayonu Aşağı Quşçu kəndi 1 nömrəli tam orta ümumtəhsil məktəbində tədris prosesi bərpa olunub.
Ötən gün sobalara baxış keçirilib, problem aradan qaldırılıb və istilik təmin olunub.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Anar Məcidov təhsil müəssisəsində olub davamiyyət və tədris prosesi ilə maraqlanıb.
"Hazırda təhsil sektorunun əməkdaşları da məktəbdədir. Vəziyyət nəzarətdə saxlanılır"-deyə Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib.
Qeyd edək ki, ötən gün adı çəkilən məktəbdə yanacaq sobasından yaranmış tüstü səbəbdən 71 nəfər zəhərlənib. Onların içərisində 6 nəfər müəllim və məktəb çalışanları, digərləri şagirdlər olub.
Oxşar xəbərlər

Android 15 QPR1 Beta 3.1 Yenilənməsi Buraxıldı!
Texnologiya xəbərləri

Daha iki məktəbin istilik sistemlərində problem ya...
Son Xeberler

No Man's Sky 5.27 Yenilənməsi: Həll Olunan Xətalar
Texnologiya xəbərləri

No Man’s Sky 5.52 Yenilənməsi: Xətalar Aradan Qald...
Texnologiya xəbərləri

Ark Survival Ascended: 57.13 Yenilənməsi
Texnologiya xəbərləri

CS2-nin 20 Dekabr Tarixli Yenilənmə Qeydləri
Texnologiya xəbərləri