
Toydan çıxan 35 yaşlı kişi qəza törətdi -Ölən var

Tovuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən 1990-cı il təvəllüdlü Ramil Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Metbuat.az Teleqraf-a istindən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.
R.Əhmədov 5 il 21 gün müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Təqsirləndirilən şəxsin haqqında seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan ilə dəyişdirilib.
Qeyd edək ki, qəza 5 noyabr 2024-cü ildə Tovuz rayonu, İbrahimhacılı kəndi ərazisində baş verib. Hadisə nəticəsində xəsarət alan Kimya Bağırova vəfat edib.
R.Əhmədov qəza hadisəsini toy məclisindən çıxaraq evə gedən zaman törədib.
Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Azərbaycanda toydan çıxan bəy qəzaya düşdü
Xəbər Anı

20-yə yaxın avtomobil zəncirvari qəza törətdi
Bugun.az

Marşrut avtobusu “qırmızı”da keçib qəza törətdi
Xəbər Anı

Gürcüstanda ağır qəza:
Son Xeberler

Sumqayıtda ağır qəza, 6 yeniyetmə yaralandı
Bugun.az

26 yaşlı kişi həyat yoldaşını dönərxanada BIÇAQLAD...
Son Xeberler


