
Tramp Azərbaycanla bağlı paylaşım etdi

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə "Truth Social"dakı hesabında avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi tarixi görüşün fotosunu paylaşıb.
Metbuat.az xəbər verir ki, o, paylaşımına bu sözləri əlavə edib:
"Azərbaycan və Ermənistan arasında müharibənin həllinə kömək etmək və eyni zamanda bu iki böyük lider və insanla, Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla dost olmaq mənim üçün böyük şərəfdir. Bu, mənim üçün əbədi dostluq olacaq, amma daha önəmlisi Amerika Birləşmiş Ştatları üçün!".
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri ABŞ Prezidentinin iştirakı ilə 7 bənddən ibarət birgə bəyannamə imzalayıblar. Bu sənədin bəndlərindən biri regional kommunikasiyaların açılması çərçivəsində Zəngəzur dəhlizinin ("Tramp marşrutu") işə salınması ilə bağlıdır.
Bundan əlavə, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri "Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in mətnini paraflayıblar.
Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....
Bütün məqalələrə baxınOxşar xəbərlər

DTX paylaşım etdi -FOTO
Bugun.az

Mahsun Kırmızıgül generalımızla bağlı paylaşım etd...
Son Xeberler

Tramp FED sədrinə çağırış etdi
Bugun.az

Tramp yenidən Əliyevlə bağlı paylaşım etdi - VİDEO...
Bugun.az

Prezident Özbəkistan səfərindən paylaşım etdi -VİD...
Bugun.az

Prezident İlham Əliyev Hərbi paradla bağlı paylaşı...
Azəri Xəbər


