Tramp Qrenlandiyanı almaq məsələsində zarafat etmir - Dövlət katibi
Prezident Donald Tramp Qrenlandiyanı almaq məsələsində zarafat etmir.
Metbuat.az xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio belə açıqlama verib. O bildirib ki, adanın ABŞ-yə birləşdirilməsi ölkənin milli maraqlarına uyğundur. Rubio, Trampın adanı almaqda qərarlı olduğunu və lazım gələrsə əsgərlərdən istifadə imkanını da istisna etmədiyini ifadə edib. Rubio deyib ki, Arktika gəmiçilik marşrutları üçün mühüm məkandır və ABŞ Çinin bölgədəki mövcudluğunu artırması riskinə qarşı tədbir görməlidir. Rubio, "Zarafat deyil. Qrenlandiyanın ABŞ ərazisinə daxil edilməsi bizim milli maraqlarımıza aid bir məsələdir və bu, bizim üçün lazım olan bir məsələdir” - deyə bildirib.
Rubio Trampın Panama kanalı barədə bəyanatından da danışıb. Onun sözlərinə görə, Çinin Panama kanalına nəzarəti ABŞ-nin milli maraqlarına ziddir.
Oxşar xəbərlər
Trampa Qrenlandiyanı satın almaq səlahiyyəti veril...
Bugun.az
Tramp dövlət katibi vəzifəsinə Rubionun namizədliy...
Bugun.az
Trampdan USAID-in fəaliyyəti ilə bağlı sərt sözlər
Bugun.az
Tramp İsrailin Hərbi Əməliyyatlarına Dəstək Verdi
Bugun.az
Tramp Harrisdən irəlidədir - Sorğu
Bugun.az
Trampın hədəsi nəticə verdi - ABŞ Meksikaya təşəkk...
Bugun.az