
Trampdan bəyanat:"Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyə hazıram"

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Şimali Atlantika Alyansının bütün üzvləri birgə hərəkət edərsə və Rusiyadan neft alımını dayandırarsa, Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyə hazırdır.
Metbuat.az xəbər verir ki, bu barədə o, "Truth" hesabında yazıb.
“Əgər NATO ölkələrinin hamısı razılığa gələrək birlikdə hərəkət etsələr və Rusiyadan neft alımını dayandırsalar, mən Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etməyə hazıram”, – deyə Ağ Evin rəhbəri Truth Social-da yazıb və paylaşımını “bütün NATO dövlətlərinə və dünyaya mesaj” adlandırıb.
Trampın sözlərinə görə, Rusiyadan neft almaq Alyansın “mövqelərini şokedici şəkildə zəiflədir”.
O, həmçinin NATO ölkələrinə Çindən idxal olunan mallara 50–100% gömrük rüsumu tətbiq etməyi təklif edib. Bildirib ki, bu addımlar Moskvanı “Pekinin dəstəyindən məhrum etməyə” kömək edəcək.
“Bu, Trampın müharibəsi deyil. Mən prezident olsaydım, bu müharibə heç vaxt başlamazdı. Bu, Baydenin və Zelenskinin müharibəsidir”, – deyə amerikalı lider vurğulayıb.
Tramp bildirib ki, onun məqsədi “münaqişəni dayandırmaq və minlərlə insanın həyatını xilas etməkdir”. O əlavə edib ki, yalnız ötən həftə 7 mindən çox insan həlak olub.
O, NATO-ya çağırış edərək “bu dəhşətli müharibəyə ən qısa zamanda son qoymaq üçün” razılaşdırılmış addımlar atmağa dəvət edib.
ABŞ prezidentinin sözlərinə görə, əgər müttəfiqlər onun təşəbbüslərini dəstəkləməsələr, bu, yalnız “onun vaxtını, gücünü və Amerika vergi ödəyicilərinin pullarını israf etmək” demək olacaq.
Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....
Bütün məqalələrə baxınOxşar xəbərlər

Avropa Komissiyası Rusiyaya qarşı 19-cu sanksiyala...
Azəri Xəbər
Tramp Çin lideri ilə Rusiya-Ukrayna müharibəsini v...
Azəri Xəbər

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
Son Xeberler
ABŞ Senatında Rusiyaya təzyiqlərin artırılmasını n...
Azəri Xəbər
ABŞ "Rosneft" və "Lukoyl"a qarşı sanksiyalar tətbi...
Azəri Xəbər

Avstriya Rusiyaya qarşı 19-cu sanksiyalar paketini...
Azəri Xəbər


