Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Trampdan USAID-in fəaliyyəti ilə bağlı sərt sözlər

08.02.2025 06:25 112 baxış sayı 1 dəq. oxuma Metbuat
Trampdan USAID-in fəaliyyəti ilə bağlı sərt sözlər

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Federal Beynəlxalq İnkişaf Agentliyi (USAID) barədə sərt açıqlama verib.

Metbuat.az xəbər verir ki, o, Yaponiyanın Baş naziri Şiqeru İşiba ilə Vaşinqtonda keçirdiyi görüş zamanı agentliyin fəaliyyətini saxtakarlıq və korrupsiya kimi qiymətləndirib.

“USAİD-ə baxanda bunların hamısı fırıldaqdır. Bu təşkilatın pulunun çox az hissəsi yaxşı məqsədlər üçün xərclənir. Onun büdcəsinin hər bəndinə baxdığım zaman ya korrupsiya görürəm, ya da gülünc bir şey”, – deyə Tramp bildirib.

Qeyd edək ki, ABŞ hökuməti fevralın 3-də USAID-in fəaliyyətini faktiki olaraq dayandırıb. Tramp, ABŞ dövlət katibi Marko Rubionu agentliyin müvəqqəti rəhbəri təyin edib.

N
Sosial media redaktoru

Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.

Bütün məqalələrə baxın
Paylaş: