Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Trampın Ukrayna ilə bağlı emosional mövqeyi başa düşüləndir - Peskov

19.09.2025 19:25 23 baxış sayı 1 dəq. oxuma Metbuat
Trampın Ukrayna ilə bağlı emosional mövqeyi başa düşüləndir - Peskov

Kremlin sözçüsü Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinin onu məyus etməsi ilə bağlı açıqlamasına münasibət bildirib.

Metbuat.az xəbər verir ki, Peskov bəyan edib ki, Trampın Ukraynada sülhün əldə olunması ilə bağlı emosional mövqeyi başa düşüləndir. Peskov Trampın Ukrayna böhranının həlli istiqamətində səylərini davam etdirdiyini bildirib. Onun sözlərinə görə, Putin də diplomatiya yolu ilə sülhün əldə edilməsinə sadiqdir və bu istiqamətdə çox işlər həyata keçirir.

Peskov, Kiyev rejimi və Avropa ölkələrinin münaqişənin davam etməsi üçün əllərindən gələni etdiklərini iddia edib.

E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: