🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Tünd çayın bu zərərləri var imiş

08.08.2025 11:25 1 baxış sayı 3 dəq. oxuma
Tünd çayın bu zərərləri var imiş

Türkiyəli mütəxəssislərin apardığı araşdırmalar qara çayın tərkibində sağlamlıq üçün risk yaradan maddələr olduğunu ortaya qoyub. Elm adamları bildirirlər ki, çaydakı oksalat turşusu böyrəklərdə daş əmələ gəlmə ehtimalını artırır.

Uroloq Vaqif Rüstəmov Metbuat.az-a açıqlamasında qara çayın və limonun böyrəklərə təsirindən danışıb.

Həkimin sözlərinə görə, çayın tərkibində oksalat turşusu olduğu üçün onun həddindən artıq qəbulu sidik yollarında kristalların yaranmasına, daha sonra isə daş əmələ gəlməsinə şərait yarada bilər:

“Xüsusilə tünd dəmlənmiş qara çayın tez-tez içilməsi risk faktorudur. Limonun bu prosesə təsiri isə fərqlidir. Bəzən limon sidik turşusu diatezi və ya böyrək daş xəstəliyi olan insanlara faydalı ola bilər, çünki limondakı sitrat maddəsi duzların yığılmasının qarşısını alır. Amma limonu hər kəsə tövsiyə etmək olmaz. Mədə xorasından, qastritdən əziyyət çəkən şəxslərdə limon mədə turşusunu artıraraq əlavə problemlər yarada bilər”.

Uroloq qeyd edib ki, hazırda satışda olan bəzi qara çaylar təbii məhsul deyil və texniki qatqılar ehtiva edə bilər:

“Bazarda satılan hər çayı içmək düzgün deyil. Əslində, Azərbaycan təbiəti çox zəngindir və burada sağlam bitki çayları üçün kifayət qədər imkan var. Heyva çubuğu, moruq çubuğu, kəklikotu kimi təbii otlardan hazırlanan çaylar həm faydalıdır, həm də böyrəklərə zərər vermir. Mən özüm evdə ancaq belə çaylar dəmləyirəm. İldə bəlkə bir dəfə qara çay alıram, o da qonaqlar üçün. Hər zaman da az qatqılı markalara üstünlük verirəm. Keyfiyyətli çay seçimi böyrəklərin sağlamlığı üçün mühüm amildir".

"Təbii çay içmək istəyənlər ya yerli bitkilərdən istifadə etsin, ya da qatqısı az olan etibarlı markalara müraciət etsin. Əks halda, həm böyrəklərə, həm də ümumi sağlamlığa ziyan dəyə bilər", - deyə Vaqif Rüstəmov əlavə edib.

Ülkər Cəlilzadə / Metbuat.az

Paylaş: