Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Tünzalə Ağayeva səhnədə kövrəldi - VİDEO

05.12.2024 20:25 162 baxış sayı 2 dəq. oxuma Metbuat
Tünzalə Ağayeva səhnədə kövrəldi - VİDEO

Xalq artisti Tünzalə Ağayeva yeni il ərəfəsində tamaşaçılarını sevindirib.

Metbuat.az xəbər verir ki, Tünzalə Ağayeva “Paşa Malls”un təşkilatçılığı ilə “Port Baku New Year Village” adlı yeni il yarmarkasının açılışını edib. İlk mahnıdan sonra gerisayım başlanılıb və şam ağacının işıqları yandırılıb.

Hər zaman fərqli görünən estrada ulduzu bu dəfə ağ-qara tonlarında olan tulum və bordo kürkdən istifadə edib.

Bir saat boyunca ən hit mahnılarını sevənlərinə ərmağan edən Xalq artisti həmin gecə zamanı xəstə olduğunu bildirib, amma buna baxmayaraq, möhtəşəm çıxış nümayış etdirib.

Sevənləri də onunla birlikdə bütün mahnıları əzbərə söyləyiblər.

Tədbirin sonunda kövrək məqamlar yaşanıb. Xalq artisti repertuarının ən zəngin ifalarından olan “Mən Azərbaycanlıyam” mahnısını ifa edəndən sonra kövrəlib ağlayıb.

Qeyd edək ki, sözügedən yarmarka dekabrın 1-dən yanvarın 5-dək davam edəcək.

S
Texnologiya müxbiri

ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...

Bütün məqalələrə baxın
Paylaş: