Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Türkiyə əsas dost ölkədirMüvəqqəti hökumətin sədri

09.12.2024 19:25 152 baxış sayı 1 dəq. oxuma Metbuat
Türkiyə əsas dost ölkədirMüvəqqəti hökumətin sədri

Suriya Müvəqqəti Hökumətinin sədri Abdurrahman Mustafa açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, Abdurrahman Mustafa “TRT News”a müsahibəsində Suriya xalqının əzmindən və ölkədəki yeni siyasi vəziyyətdən danışıb. O bildirib ki, Suriya xalqı azadlığını özü əldə edib. Müvəqqəti hökumətin lideri bunun Suriya xalqı üçün xoşbəxtlik olduğunu ifadə edib. Abdurrahman Mustafa Suriya xalqının düşərgələrdə və sürgündə belə təslim olmadığını, iradəsini itirmədiyini vurğulayıb.

Rejimin devrilməsinin Suriya üçün yeni fürsət olduğunu deyən Abdurrahman Mustafanın sözlərinə görə, yeni Suriyanın qurulması üçün heç bir etnik və dini ayrı-seçkilik olmadan səy göstəriləcək. Suriya Müvəqqəti Hökumətinin sədri Türkiyənin əsas dost ölkə olduğunu bildirib.

A
Kibertəhlükəsizlik analitiki

Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.

Bütün məqalələrə baxın
Paylaş: