Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Türkiyə mediası Əliyevin mesajına geniş yer ayırdı

11.11.2025 17:12 6 baxış sayı 1 dəq. oxuma Metbuat
Türkiyə mediası Əliyevin mesajına geniş yer ayırdı

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə bağlı türkiyəli həmkarı Rəcəb Teyyub Ərdoğana başsağlığı verib. Dövlət başçısının bu kədərli hadisəyə reaksiyası Türkiyə mediasında geniş əks-səda doğurub.


Dövlətimizin başçısı dəhşətli qəzaya görə kədərləndiyini bildirib. O, həlak olan şəhidlərə Allahdan rəhmət, qardaş Türkiyə xalqına isə səbir diləyib.


Türkiyənin aparıcı KİV-ləri Azərbaycan Prezidentinin göndərdiyi mesajı dərhal yayımladı. Yüzlərlə media quruluşu İlham Əliyevin qardaş ölkəyə ünvanladığı başsağlığı məktubunu heç bir dəyişiklik etmədən, olduğu kimi nəşr etdi. Bu reaksiya mesajın Türkiyə ictimaiyyəti üçün əhəmiyyətini göstərdi.


K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın
Paylaş: