
Türkiyə yığmasında itki - Ulduz futbolçu zədələndi

Futbol üzrə Türkiyə yığma komandası Bolqarıstanla oynayacağı matçdan əvvəl mühüm itkilərlə üzləşib. Komandanın heyətində iki əsas futbolçunun zədələnməsi xəbəri yayılıb. "Beşiktaş"ın və milli komandanın ulduz futbolçusu Emirhan Topçu zədə alıb. Onun vəziyyəti ağırdır, buna görə də Topçu heyətdən çıxarılıb.
Emirhan Topçunun müalicəsi bundan sonra öz klubunda davam etdiriləcək. Bu, yığma üçün tək pis xəbər deyil. Komandanın daha bir üzvü, **"Qalatasay"ın yarımmüdafiəçisi İlkay Gündoğan** da zədələndiyi üçün əsas heyətdən kənarda qalıb. Beləliklə, Türkiyə millisi vacib seçmə oyununa iki mühüm oyunçu olmadan çıxmaq məcburiyyətindədir.
Türkiyə millisi dünya çempionatının seçmə oyunları çərçivəsində sabah doğma meydanda Bolqarıstan yığmasını qəbul edəcək. Bu gözlənilməz zədələr komandanın heyətində ciddi dəyişikliklərə səbəb olur və sabahkı matçın hazırlıqlarını çətinləşdirir.
Güləş, boks və döyüş idman növləri üzrə mütəxəssisəm. Özüm də 6 il güləşlə məşğul olmuşam, bu mənə çox kömək edir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

"Qarabağ"ın rəqibi itki ilə üzləşib
Azəri Xəbər

Ulduz futbolçu "Qalatasaray"dan ayrıldı
Bugun.az

"Qalatasaray"ın istədiyi ulduz futbolçu bilindi -...
Bugun.az

"Beşiktaş" ulduz futbolçu ilə anlaşdı
Bugun.az

Ulduz futbolçu “Qalatasaray”a mesaj göndərdi - Mən...
Bugun.az

Ulduz futbolçu məşqçi ilə mübahsiə etdi, karyerası...
Bugun.az


