🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Türkiyə Zəngəzur dəhlizində ABŞ-ni üstələyəcək? - AÇIQLAMA

13.08.2025 12:25 1 baxış sayı 4 dəq. oxuma
Türkiyə Zəngəzur dəhlizində ABŞ-ni üstələyəcək? - AÇIQLAMA

Analitiklərin fikrincə, Türkiyənin Zəngəzur dəhlizində iştirakı ABŞ-nin təsirindən daha böyük olacaq.

Regionda strateji mövqeyini sürətlə gücləndirən Türkiyə həm iqtisadi, həm də siyasi baxımdan burada əsas iştirakçılardan biridir. Türkiyənin bu layihədə rolu və ümumilikdə Cənubi Qafqazdakı nüfuzunun gələcəkdə necə inkişaf edəcəyi maraq doğuran əsas məsələlərdəndir.

Siyasi şərhçi Elçin Xalidbəyli Metbuat.az-a açıqlamasında bildirib ki, Zəngəzur Dəhlizinin açılmasında Türkiyənin böyük önəmi var:

"Türkiyənin bu məsələdə mövqeyi qətiyyətli və prinsipialdır. Rəsmi mənbələr bildirir ki, Zəngəzur dəhlizi mütləq açılmalıdır. Bu, həm Türk dünyasının birləşdirilməsi, həm də Avropa ilə Asiya qitələri arasında nəqliyyat-kommunikasiya xəttinin reallaşdırılması baxımından strateji əhəmiyyət daşıyır. Türkiyə isə bu məsələdə həll edici rol oynayan dövlətlərdən biridir. Ümumilikdə götürsək, Türkiyə bu layihənin əsas iştirakçılarındandır, çünki marşrut həmçinin Türkiyə ərazisindən keçir. Zəngəzur Dəhlizinə gəldikdə isə, o, yalnız Ermənistan ərazisinin bir hissəsini əhatə edir və həmin hissə ABŞ-nin təsis etdiyi və ya nəzarətində olan şirkət tərəfindən idarə ediləcək. Buna görə də əsas iştirakçılar bu coğrafiyada yaşayan və marşrutun keçdiyi dövlətlərdir. İndi zəngəzur dəhlizi vasitəsilə Ermənistan da bu layihəyə qoşulmuş olacaq. Hazırda isə görünən budur ki, Rusiya və İran bu perspektivli geo-iqtisadi layihədən kənarda qalacaq və əsas qarşıdurma məhz bundan irəli gəlir. Böyük ehtimalla, həmin bölgəyə məhdud hərbi qüvvə ABŞ tərəfindən yerləşdiriləcək. Ən önəmlisi odur ki, ABŞ Ermənistanın zəngəzur dəhlizindən keçən bölgəni 99 il müddətinə icarəyə götürəcək və həmin hissənin inzibatı ABŞ-də olacaq. Hazırda Rusiyanı və İranı narahat edən əsas məsələ məhz budur. Çünki bu proses ABŞ-nin Cənubi Qafqaza birbaşa yerləşməsi üçün hüquqi-siyasi əsaslar yaradır. Bu halda həm Rusiya, həm də İranın Cənubi Qafqazdakı təsir mexanizmləri sarsılacaq. Ən əsası, ABŞ-nin Cənubi Qafqaza yerləşməsindən sonra onun Xəzər və Orta Asiya regionlarına da nüfuz etməsi qaçılmazdır".

Politoloq bildirib ki, çox böyük bir proses artıq başlayıb və Türkiyə bu prosesin əsas iştirakçısıdır, Azərbaycanla birgə Zəngəzur dəhlizinin yaratdığı nəhəng nəqliyyat-kommunikasiya layihəsinin ortaq tərəfidir:
"Zəngəzur dəhlizi dedikdə yalnız Ermənistan ərazisindən keçən hissə nəzərdə tutulur, amma marşrutun böyük bir hissəsi Orta Asiya, Xəzər dənizi üzəri, Azərbaycan və Türkiyə ərazisindən keçir. Buna görə də əsas iştirakçılar bu coğrafiyada yaşayan və marşrutun keçdiyi dövlətlərdir. İndi zəngəzur dəhlizi vasitəsilə Ermənistan da bu layihəyə qoşulmuş olacaq".

Ülkər Cəlilzadə / Metbuat.az

Paylaş: