Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Türkiyədə faciə baş verdi - Çox sayda ölü və yaralı var

05.06.2025 18:25 59 baxış sayı 1 dəq. oxuma Metbuat
Türkiyədə faciə baş verdi - Çox sayda ölü və yaralı var

Türkiyənin Diyarbəkir vilayətində 13 mərtəbəli yaşayış binasında yanğın baş verib.

Metbuat.az xəbər verir ki, yanğın zamanı ikisi uşaq olmaqla 3 nəfər həyatını itirib, 14 nəfər yaralanıb. Məlumata görə, yanğın binanın üst mərtəbəsində baş verib. Çox sayda yanğınsöndürən yanğına müdaxilə edib, hadisə yerinə təcili yardım briqadası cəlb edilib. Binada qalan vətəndaşlar təxliyə edilib. Yaralılar arasında yanğınsöndürənlər də var. Yaralılar təcili yardım maşınları ilə şəhərin müxtəlif xəstəxanalarına aparılıb və onlara tibbi yardım göstərilib.

Texnologiya redaktoru

Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....

Bütün məqalələrə baxın
Paylaş: