
Türkiyədə prospektlərdən birinə İbad Hüseynovun adı verildi - FOTO

Türkiyənin Afyonkarahisar vilayətində yerləşən prospektlərdən birinə Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovun adı verilib.
Metbuat.az xəbər verir ki, bu barədə Afyonkarahisar Mərkəz Çayırbağ Bələdiyyəsindən bildirilib.
Qeyd edilib ki, qəhrəmanın adı prospektə Afyonkarahisar Mərkəz Çayırbağ Bələdiyyəsinin Bələdiyyə Məclisinin qərarı ilə verilib. Qərara əsasən, Afyonkarahisarın Çayırbağ rayonundakı “Qurtuluş” prospektinin adı “İbad Hüseynov” olaraq dəyişdirilib.
Prospektin rəsmi açılış mərasimi oktyabrın 17-də keçiriləcək.
Qeyd edək ki, 2022-ci ildə Türkiyənin Adana vilayətinin Çukurova rayonunda Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovun adını daşıyan park salınıb və burada Milli Qəhrəmanımızın heykəli ucaldılıb.
Xatırladaq ki, Birinci Qarabağ müharibəsində şərəfli döyüş yolu keçən kəşfiyyatçı İbad Hüseynovun böyük qəhrəmanlıqlarından biri də ASALA erməni terror təşkilatının başçısı Monte Melkonyanı məhv etməsidir. O dövrdə Ermənistanın prezidenti Levon Ter-Petrosyan başda olmaqla rəsmi şəxslərin ASALA-nın başçısı Monte Melkonyanın dəfnində iştirak etməsi Ermənistanın terrorçu dövlət olduğunu bir daha təsdiqləyib. Melkonyanın məhv edilməsi ilə bağlı işğalçı Ermənistanda üç günlük matəm elan olunub.
Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...
Bütün məqalələrə baxınOxşar xəbərlər

Türkiyədə İnflyasiya 50%-dən Aşağı Düşdü
Son Xeberler

Rza Talıbov uzun müddət sonra görüldü -FOTO
Bugun.az

Rafiq Mehdiyev vəfat etdi - FOTO
Bugun.az

Üç nəfərə “Azərbaycanın Milli Qəhrəmanı” adı veril...
Son Xeberler

Küçəyə çıxmaq qadağasından sonra Türkiyədə ƏN ÇOX...
Bakı xəbərləri

Azərbaycan vətəndaşları Türkiyədə nə qədər ev alıb...
Bugun.az