
Türkiyədə silahlı hücum oldu -Yaralılar var

Türkiyənin Çorum şəhərində 35 yaşlı H.C. qəhvəxanaya silahlı basqın edib.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, hadisə ötən gün yerli vaxtla saat 22:00 radələrində baş verib. Silahlı şəxsin ov tüfəngindən açdığı atəş nəticəsində 2-si ağır olmaqla 5 nəfər yaralanıb.
Hadisə yerinə polis əməkdaşları, təcili tibbi yardım cəlb edilib. Yaralılar şəhərin ayrı-ayrı xəstəxanalarına çatdırılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...
Bütün məqalələrə baxınOxşar xəbərlər

Türkiyədə silahlı insident olub, ölən və xəsarət a...
Azəri Xəbər

Adanada Gənc Kokoreççiyə Hücum Nəticəsində Həyatın...
Son Xeberler

Türkiyədə faciə baş verdi - Çox sayda ölü və yaral...
Bugun.az

Türkiyədə terror: Ölənlər və xəsarət alanlar var
Xəbər Anı

Türkiyədə faciə - 10 nəfər öldü, yaralılar var
Bugun.az

Türkiyədə güclü zəlzələ oldu
Bugun.az