
Türkiyədəki vəziyyət Azərbaycana təsir edəcək?

Türkiyədə hazırda siyasi və iqtisadi gərginlik yaşanır. İstanbul meri Əkrəm İmamoğlunun həbsi geniş etirazlara və alış-veriş boykotlarına səbəb olub. Bəs Türkiyədəki hazırkı vəziyyət Azərbaycan-Türkiyə münasibətlərinə necə təsir göstərə bilər?
Politoloq Elxan Şahinoğlu Metbuat.az-a açıqlamasında bildirib ki, Türkiyədə hakimiyyət uğrunda mübarizə gedir:
“Türkiyə böyük ölkədir və potensialı da yüksəkdir. Yəni istənilən problemləri həll etmək iqtidarındadır. 2028-ci ildə Türkiyədə prezident seçkiləri keçirilməlidir. İndidən siyasi mübarizə güclənib. Ana müxalifət CHP İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlunun namizədliyini irəli sürüb. O, Ərdoğanın rəqibi olmalıdır. Lakin onun həbsə atılması siyasi gərginliyi artırıb”.
E.Şahinoğlunun fikrincə, hazırki partiyalararası mübarizə Türkiyənin təhlükəsizliyinə və xarici siyasətinə təsir etməyəcək:
“Türkiyə qonşu ölkələrlə əməkdaşlığı davam etdirir. Azərbaycanın strateji müttəfiqi olaraq yüksək səviyyədə qalır və Türkiyədə hakimiyyətə kim gəlirsə-gəlsin, həm Şuşa Bəyannaməsinə, həm də Azərbaycanla strateji müttəfiqliyə sadiq qalacaq”.
Sevinc İbrahimzadə / Metbuat.az
Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Ərdoğan sabah Azərbaycana gələcək
Son Xeberler

Azərbaycanın Türkiyədəki səfirliyiməlumat yaydı
Bugun.az

İlk səfərini Azərbaycana edəcək - FOTO
Bugun.az

Putin Rusiyanın Türkiyədəki səfirini geri çağırdı
Bugun.az

Apple Türkiyədə App Store Qiymətlərini Qaldırır: D...
Texnologiya xəbərləri

"Trendyol"da qiymətlər artdı - Narazılıq var
Bugun.az


