Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Türkiyənin Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

17.11.2024 15:25 162 baxış sayı 1 dəq. oxuma Metbuat
Türkiyənin Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

Türkiyənin Milli Müdafiə Nazirliyi 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə Azərbaycanı təbrik edib.

Metbuat.az xəbər verir ki, qardaş ölkənin Müdafiə Nazirliyi sosial şəbəkələrdəki paylaşımında Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının işığında Türkiyə və Azərbaycanın birliyinin sarsılmazlığını vurğulayıb.

Nazirlik qeyd edib ki, milli dirçəliş ruhu ilə dolu olan qardaş Azərbaycan vətəndaşları 36 il əvvəl müstəqillik ideyası ətrafında birləşərək eyni düşüncə və hisslərlə Qarabağın erməni işğalından azad edilməsinə nail olublar.

Paylaşımda vurğulanıb ki, Türkiyə ilə Azərbaycan həmişə birlikdə olub və bundan sonra da belə olacaq.

Texnologiya redaktoru

Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....

Bütün məqalələrə baxın
Paylaş: