Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Türkmənistan Prezidenti Azərbaycanın Baş nazirini qəbul etdi

05.08.2025 15:25 25 baxış sayı 1 dəq. oxuma Metbuat
Türkmənistan Prezidenti Azərbaycanın Baş nazirini qəbul etdi

Azərbaycanın Baş naziri Əli Əsədov avqustun 5-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Məlumata əsasən, Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Türkmənistanın dövlət başçısına çatdırıb.

Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan ilə Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin dinamik inkişafından məmnunluq ifadə olunub, ikitərəfli əməkdaşlığın qarşılıqlı maraq doğuran sahələrdə inkişaf perspektivləri müzakirə edilib.

G
Sosial məsələlər müxbiri

Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.

Bütün məqalələrə baxın
Paylaş: