Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Üç polkovnikə yüksək vəzifə verildi

10.02.2025 16:25 118 baxış sayı 1 dəq. oxuma Metbuat
Üç polkovnikə yüksək vəzifə verildi

Üç şəhərin Regional Mühafizə İdarələrinə yeni rəislər təyin edilib.

Metbuat.az-ın Oxu.az-a istinadən məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Müvafiq əmrlərlə Tovuz Regional Mühafizə İdarəsinin rəisi, polis polkovniki Elçin Əsgərov Gəncə Regional Mühafizə İdarəsinə, Gəncə Regional Mühafizə İdarəsinin rəisi, polis polkovniki Seymur Sadıqov Şirvan Regional Mühafizə İdarəsinə, Şirvan Regional Mühafizə İdarəsinin rəisi, polis polkovniki Əfqan Hüseynov isə Mingeçevir Regional Mühafizə İdarəsinə rəis təyin ediliblər.

Hələlik Tovuz Regional Mühafizə İdarəsinə isə təyinat olmayıb.

G
Sosial məsələlər müxbiri

Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.

Bütün məqalələrə baxın
Paylaş: