Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Ukrayna Rusiyanın hərbi bazasına hücum etdi

06.02.2025 13:25 132 baxış sayı 1 dəq. oxuma Metbuat
Ukrayna Rusiyanın hərbi bazasına hücum etdi

Ukrayna ordusu Rusiyanın Krasnodar vilayətindəki Primorsko-Axtarsk aviabazasına hava hücumu təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı açıqlama verib. Açıqlamaya görə, Primorsko-Axtarsk aviabazası pilotsuz uçuş aparatları ilə hədəf alınıb. Rusiya ordusunun bu bazadan hava əməliyyatları üçün istifadə etdiyi vurğulanıb. Bildirilib ki, hərbi bazadan “Şahed” tipli PUA-ların Ukrayna ərazisinə buraxılması, PUA-ların saxlanması və hazırlanması, həmçinin Zaporojya və Xerson vilayətlərində fəaliyyət göstərən Rusiya döyüş təyyarələrinin saxlanması üçün istifadə edilib.

Bəyanatda deyilir ki, hücum Ukrayna ordusunun Pilotsuz Sistem Qüvvələrinin bölmələri və müdafiə qüvvələrinin digər bölmələri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Hücumun fəsadları barədə açıqlama verilməyib.

N
Sosial media redaktoru

Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.

Bütün məqalələrə baxın
Paylaş: