Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Ümrə ziyarətindən qayıdan vəzifəli şəxs faciəli şəkildə öldü - FOTO

24.04.2025 19:25 75 baxış sayı 1 dəq. oxuma Metbuat
Ümrə ziyarətindən qayıdan vəzifəli şəxs faciəli şəkildə öldü - FOTO

Kəlbəcər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə nəticəsində həlak olan 1957-ci il təvəllüdlü Azad Zeynalov bir gün əvvəl Səudiyyə Ərəbistanından Ümrə ziyarətindən qayıdıbmış.

Altı övlad atası olan A.Zeynalov əslən Laçın rayonunun Zağaltı kəndindəndir. Məcburi köçkünlük dövründə Bakının Xəzər rayonunun Binə qəsəbəsində məskunlaşıb.

O, Kəlbəcərdə aparılan tikinti-yenidənqurma işlərində iştirak edən "TVM İnşaat" MMC-də sahə rəisi - mühəndis vəzifəsində çalışırmış. Mərhum Ümrə ziyarətindən qayıtdıqdan sonra Bakıda ailəsi ilə görüşüb və səhər saatlarında "Kia Sorento" markalı şəxsi avtomobili ilə iş yerinə - Kəlbəcərə yola düşüb.

R
Oyun və VR/AR müxbiri

Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.

Bütün məqalələrə baxın
Paylaş: